KİV: Ronaldu "Yuventus"a keçməyə razı olub
Futbol
- 04 iyul, 2018
- 14:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 iyul. REPORT.AZ/ Portuqaliya millisinin və İspaniyanın "Real Madrid" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu komandasını tərk edir.
"Report" "Marca"ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu İtaliyanın "Yuventus" klubunda çıxış edəcək. Bildirilir ki, təcrübəli oyunçu artıq Turin təmsilçisinin düşərgəsinə getmək üçün razılığa gəlib. Ronaldu Turin şəhərində mənzil axtarır. Futbolçunun ailəsi də tez bir zamanda İtaliyaya getmək niyyətindədir.
Qeyd edək ki, Ronaldunun "Real Madrid" klubu ilə 2021-ci ilə kimi müqaviləsi mövcuddur. Lakin o, klubla yeni müqavilə şərtlərini razılaşdıra bilmədiyinə görə komandanı tərk etmək istəyir. Hücumçu 2009-cu ildən Madrid təmsilçisində çıxış edir.
Son xəbərlər
19:40
Səfir: Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını genişləndirmək potensialına malikdir
Xarici siyasət
19:38
"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb
Futbol
19:34
"Arsenal"ın sabiq qapıçısı David Ospina karyerasını başa vurub
Futbol
19:21
Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya irəli sürülən tələblərin nəzərə alınacağına ümid edir
Digər ölkələr
19:09
Baş məşqçi: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir
Komanda
19:03
Azərbaycanda təbii qaz hasilatı gələn il 1,5 % artacaq
Energetika
18:54
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
Region
18:45
Foto
Estoniya və Azərbaycan texnologiya şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə edilib
İKT
18:43
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Xarici siyasət