Benzema Messi və Ronaldunun nailiyyətini təkrarlayıb
Futbol
- 07 aprel, 2022
- 06:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.
"Report"un Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 35 yaşlı hücumçu buna İngiltərədə "Çelsi"yə 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin ilk oyununda het-trik etməklə nail olub.
Fransalı forvard qitənin bir nömrəli klub turnirində ardıcıl iki matçda 3 qol vuran 4-cü oyunçudur. Daha əvvəl 2014-cü ildə Luis Adriano, 2016-cı ildə Lionel Messi, 2017-ci ildə isə Kriştianu Ronaldu buna müvəffəq olub.
Bundan əlavə, Kərim Benzema Çempionlar Liqasında (Çempionlar Kuboku) "Çelsi"yə qarşı het-trik edən ilk oyunçu kimi də tarixə düşüb.
Son xəbərlər
06:34
Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq
Digər ölkələr
05:58
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
Digər ölkələr
05:13
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Xarici siyasət
04:49
"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub
Region
04:35
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Digər ölkələr
04:11
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Digər ölkələr
03:47
Pedro Alyana Paraqvayın Prezidenti olub
Digər ölkələr
03:25
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Digər ölkələr
03:04
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Region