"Kəpəz"in futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
Futbol
- 03 noyabr, 2025
- 12:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının X turu "Kəpəz"in futbolçusu Fərid Nəbiyev üçün əlamətdar olub.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, turnirdə 100-cü oyununu keçirib.
26 yaşlı hücumçu "Neftçi" ilə səfər matçında (1:5) yubileyini gerçəkləşdirib. O, 100 oyunda 14 qola imza atıb.
Fəridin debütü 2016/2017 mövsümündə "Qəbələ"də reallaşıb. O, ümumilikdə 4 klubda forma geyinib. "Kəpəz"də 40 (6 qol), "Turan Tovuz"da 31 (6 qol), "Səbail"də 28 (2 qol), "Qəbələ"də 1 matça çıxıb.
F.Nəbiyev ölkə çempionatları tarixində yüksək dəstədə 100 və daha çox oyun keçirən 447-ci futbolçudur. O, buna cari mövsümdə nail olan 7-ci oyunçu olub.
Son xəbərlər
10:16
Azərbaycan güləşçiləri bu gün dünya çempionatında mübarizə aparacaq
Komanda
10:14
Foto
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
Komanda
10:09
Foto
Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
Mədəniyyət siyasəti
10:07
Foto
Anastasiya Lavrina Çində qlobal idarəetmə məsələlərində Azərbaycanın mövqeyini təqdim edib
Xarici siyasət
10:02
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Hadisə
09:52
Bolqarıstanda prezident seçkiləri başlayıb
Digər ölkələr
09:33
FIFA U-15: Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək
Komanda
09:22
Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
Futbol
09:08
ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
Digər ölkələr