İtaliya millisinin yarımmüdafiəçisi İsveç yığması ilə oyunda meydana çıxmaqdan imtina edib - VİDEO
- 14 noyabr, 2017
- 07:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 noyabr. REPORT.AZ/ İtaliya millisinin futbolçusu Daniele De Rossi İsveç yığması ilə 2018-ci il dünya çempionatının pley-off mərhələsinin cavab oyununda meydana çıxmaqdan imtina edib.
“Report” xəbər verir ki, qalmaqal matçın ikinci hissəsində baş verib.
Baş məşqçi Campyero Venturanın köməkçilərində biri 34 yaşlı yarımmüdafiəçiyə yaxınlaşıb və əvəzetməyə hazırlaşmasını istəyib. De Rossi isə ilk görüşdə 0:1 hesabı ilə uduzduqları üçün meydana hücumçu buraxmağı daha düzgün hesab etdiyini bildirib: “Lənət şeytana, niyə mən çıxmalıyam? Bizə müdafiə olunmaq yox, qələbə lazımdır! İnsinyeni buraxın”.
Qeyd edək ki, İsveçlə pley-off mərhələsinin cavab matçında qolsuz bərabərə qalan İtaliya millisi DÇ-1958-dən bəri ilk dəfə mundialdan kənarda qalıb. Daniele De Rossi oyundan sonra yığma karyerasını başa vurduğunu açıqlayıb.
Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhməddin Rəcəbli ilə 80 illik yubileyi ərəfəsində görüşdük.
— Rashad Nabiyev (@RashadNNabiyev) August 8, 2025
Əhməddin müəllimin cüdonun Azərbaycanda formalaşması və inkişafında göstərdiyi misilsiz xidmətlər, yetişdirdiyi idmançılar və məşqçi kimi qazandığı nailiyyətlər hər zaman… pic.twitter.com/HZC1G3Spbm