"Tottenhem"in futbolçusu "İnter"ə keçib
Futbol
- 28 yanvar, 2020
- 13:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Tottenhem" klubunun futbolçusu Kristian Eriksenin İtaliya "İnter"inə keçidi rəsmiləşib.
"Report" İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
Lakin müqavilənin maliyyə detalları haqda məlumat verilməyib. İtaliya mətbuatı isə Milan təmsilçisinin bu transfer üçün ingilis klubuna 20 milyon avro ödəyəcəyini yazıb.
Eriksen helikopter qəzası nəticəsində dünyasını dəyişmiş basketbolçu Kobi Brayanta ehtiram əlaməti olaraq onun forma nömrəsini - 24-ü seçib.
Qeyd edək ki, 2013-cü ildən "Tottenhem"də çıxış edən Danimarka millisinin üzvü keçirdiyi 226 oyunda 51 qol vurub.
Son xəbərlər
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region