Fransa klubunun futbolçusunun evi qarət edilib
Futbol
- 19 may, 2025
- 09:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın "Lion" klubunun futbolçusu Aleksandr Lyakazettin evi oyun zamanı qarət edilib.
"Report" "Le Progres"ə istinadən xəbər verir ki, hadisə ölkə çempionatının XXXIV turunda baş tutan "Lion" - "Anje" (2:0) matçı zamanı yaşanıb.
Görüş başlayandan təxminən yarım saat sonra iki naməlum şəxs futbolçunun evinə daxil olub. Oğrular seyfi sındıraraq qızıl-zinət əşyaları, bahalı dəri aksesuarları və pul oğurlayıblar. Ümumi zərərin 10 min avrodan çox olduğu bildirilir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, A.Lyakazett "Lion"un yetirməsidir. 2017-ci ildə "Arsenal"a (İngiltərə) transfer olunan futbolçu burada keçirdiyi 5 mövsümdən sonra geri qayıdıb.
Son xəbərlər
13:24
"Elektron ticarət haqqında" qanunun əhatə dairəsinin genişləndirilməsi I oxunuşda qəbul edilib
Biznes
13:23
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
Futbol
13:22
Foto
Qazaxıstan və Azərbaycan Orta Dəhlizlə illik yük axınını 12 milyon tona çatdırmağı planlaşdırır
İnfrastruktur
13:13
Zelenski bu gün Berlində Mertslə danışıqlar aparacaq
Digər ölkələr
13:12
Zabit, gizir, miçman və MAXE-nin məsuliyyətinin artırılması birinci oxunuşda qəbul edilib
Milli Məclis
13:10
Oyun vaxtı ağır zərbə alan "Tenerife"nin futbolçusu Xesus de Migel vəfat edib
Futbol
13:07
"Aqrar Məşvərət Şurası"nın növbəti iclası keçirilib
ASK
13:07
Deputat: "Diplomlu mütəxəssislər aqrar təsərrüfatlara gedib çatmırlar"
ASK
13:04
Lukaşenko: Ukraynadakı müharibə yaxın aylarda başa çata bilər
Digər ölkələr