FIFA Xorvatiyanın Portuqaliyaya qarşı oyunundakı ləğv edilmiş qolu barədə açıqlama verib
Futbol
- 03 iyul, 2026
- 12:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
FIFA dünya çempionatının 1/16 final mərhələsində Xorvatiya millisinin Portuqaliya ilə oyununda qolunun sayılmamasına münasibət bildirib.
"Report" xəbər verir ki, ali futbol qurumu VAR-ın qərarından sonra xorvatların 90+13-cü dəqiqədə qolunun ləğvi ilə bağlı məlumat yayıb.
Bildirilib ki, DÇ-2026-nın rəsmi topu olan "Trionda"ya quraşdırılmış "Connected Ball Technology" sistemi vasitəsilə İqor Matanoviçin ona toxunduğu müəyyən edilib. Məhz bundan sonra top Mario Paşaliçin qarşısına düşüb və oyunçu həmin anda oyundankənar vəziyyətdə olub.
Xatırladaq ki, Portuqaliya rəqibini 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Komanda bu raundda İspaniya ilə üz-üzə gələcək. Mundial iyulun 19-da başa çatacaq.
Son xəbərlər
08:14
Foto
Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Kütləvi kiberhücumlara görə Yaponiya hökumətinin təcili iclası keçiriləcək
Digər ölkələr
08:00
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Futbol
07:39
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
Digər ölkələr
07:22
Tayvan nadir torpaq metallarının istehsalı üzrə ilk zavodu inşa etməyi planlaşdırır
Digər ölkələr
06:58
Cənubi Koreya və ABŞ "Freedom Flag" birgə hərbi təlimlərinə başlayıb
Digər ölkələr
06:28
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək
Region
05:35
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
Digər ölkələr
05:13
Donald Tramp israilliləri seçkilərdə Netanyahunu dəstəkləməyə çağırıb
Digər ölkələr