Erlinq Holann qol sayında Didye Droqbaya çatıb
Futbol
- 24 oktyabr, 2024
- 05:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann UEFA Çempionlar Liqasında qol sayında Didye Droqbaya çatıb.
"Report" "Squawka" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu buna Çexiyanın "Sparta" (Praqa) kollektivinə qalib gəldikləri (5:0) Liqa mərhələsinin III turunun matçında dubl etməklə nail olub.
Norveçli forvard qitənin bir nömrəli klub turnirində qollarının sayını 44-ə çatdırıb. Holann cəmi 42 qarşılaşmada buna müvəffəq olubsa, Droqba 92 görüşdə 44 qolla yadda qalıb.
Qeyd edək ki, Erlinq Holann cari mövsüm Norveç millisində və klubunda ümumilikdə 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
08:54
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr