Çexiya milli komandasının futbolçusu “Yuventus”a keçir
Futbol
- 22 iyun, 2017
- 08:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 iyun. REPORT.AZ/ İtaliya A seriyasının qalibi “Yuventus” klubu Çexiya milli komandasının futbolçusu Patrik Şiki transfer edir. “Report”un Turin təmsilçisinin rəsmi saytına istinadən verdiyi məluma görə, 21 yaşlı hücumçu tibbi baxışdan keçmək üçün klubun bazasına gəlib.
Onunla bu gün 3 illik rəsmi müqavilə bağlanılacağı gözlənilir.
Qeyd edək ki, Patrik Şik müqavilə ilə İtaliyanın “Sampdoriya” klubuna məxsusdur. “Yuventus”un çexiyalı hücumçunun transferi üçün Genuya təmsilçisinə 30,5 milyon avro ödəyəcəyi bildirilir. 21 yaşlı forvard ötən mövsüm “Sampdoriya”nın heyətində meydana çıxdığı 32 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə verib.
Son xəbərlər
06:07
Tramp: "Audi" ABŞ avtomobil zavodunun tikintisinə 4,2 milyard dollar investisiya yatıracaq
Digər ölkələr
06:03
İran ABŞ gəmilərinin Fars körfəzinə girməsinə icazə verməyəcəyini bildirib
Region
05:38
Yaponiya sahillərində güclü zəlzələ olub
Digər ölkələr
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr
03:02
Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb
Formula 1