Çempionlar Liqası: “Qalatasaray” pley-off mərhələsinə yüksəlib
Futbol
- 15 avqust, 2023
- 19:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib.
“Report”un məlumatına görə, İstanbul nəhəngi III təsnifat mərhələsində Sloveniya təmsilçisi “Olimpiya”nı üstələyib.
Səfərdəki ilk matçda 3:0 hesablı qələbə qazanan “sarı-qırmızılılar” doğma arenasında da rəqibi məğlub ediblər – 1:0. Qarşılaşmada yeganə qola 24-cü dəqiqədə Mauro İkardi imza atıb.
“Qalatasaray” pley-off mərhələsində Norveç “Molde”si ilə üz-üzə gələcək. Bu raundun oyunları avqustun 23-də və 29-da keçiriləcək.
Son xəbərlər
10:01
Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
Hərbi
10:00
Foto
Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir
Daxili siyasət
09:57
Foto
Macarıstan "ASAN xidmət"in könüllülük konsepsiyasını öyrənmək istəyir
Xarici siyasət
09:50
Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
Energetika
09:47
Foto
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb - Faktiki hava
Ekologiya
09:41
Dünya Bankı: Avropada borcun artması fonunda Azərbaycan xarici borcunu azaldıb
Maliyyə
09:39
Azərbaycan Basketbol Liqasında VI tura bir oyunla start veriləcək
Komanda
09:35
Bakıda yeraltı dayanacaqdan çıxan avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
Hadisə
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol