"Çelsi" Maksens Lakruanın transferini yekunlaşdırmaq üzrədir
Futbol
- 24 iyul, 2026
- 12:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Çelsi" klubu "Kristal Pelas"ın müdafiəçisi Maksens Lakruanın transferini yekunlaşdırmağa yaxındır.
"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, 26 yaşlı fransalı futbolçu sabah tibbi müayinədən keçəcək. Bundan sonra transferin rəsmiləşdirilməsi gözlənilir.
Bildirilib ki, "zadəganlar" bu keçid üçün "Kristal Pelas"a 52 milyon funt sterlinq ödəyəcək. Lakrua London təmsilçisi ilə 2032-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, Maksens Lakrua 2024-cü ilin yayında Almaniyanın "Volfsburq" klubundan "Kristal Pelas"a keçib. O, ötən mövsüm bütün turnirlərdə 55 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Son xəbərlər
17:56
Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Sənaye
17:53
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib
Futbol
17:45
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Hadisə
17:43
Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Biznes
17:31
Azərbaycanda 9 ayda avtomobil nəqliyyatı ilə 1,8 milyarda yaxın sərnişin daşınıb
İnfrastruktur
17:29
Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
Digər ölkələr
17:21
İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır
Digər ölkələr
17:08
Azərbaycanda quş əti və yumurta istehsalı kəskin artıb
Biznes
17:02
Tunis Prezidentinə qarşı son illərin ən böyük etiraz aksiyası keçirilib
Digər ölkələr