"Cəbrayıl" və "Quba" futbol klublarının adları dəyişdirilib
Futbol
- 05 avqust, 2026
- 17:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
I Liqada çıxış edən "Cəbrayıl", II Liqanın iştirakçısı "Quba" futbol komandalarının adları dəyişdirilib.
Peşəkar Futbol Liqasından "Report"a verilən məlumata görə, "Cəbrayıl" yarışlarda "Gəncəbasar", "Quba" isə "Hypers" adı altında mübarizə aparacaq.
Hər iki klubun ad dəyişikliyi ilə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb və zəruri sənədlər Peşəkar Futbol Liqasına təqdim edilib.
Qeyd edək ki, liqaların Əsasnaməsinin müvafiq bəndinə əsasən, adı dəyişdirilmiş klublar hüquqi baxımdan əvvəlki klubun PFL üzvlüyünü saxlayır, onun varisi sayılır və yarışlarda iştirakla bağlı əvvəlki bütün hüquq və öhdəlikləri öz üzərinə götürür.
Son xəbərlər
10:01
Azərbaycana turist axını 6 % azalıb
Turizm
10:00
Foto
Emin Əmrullayev SABAH proqramının tələbələri ilə görüşüb
Digər
09:59
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika
09:54
Makron hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətlərinin iştirakı ilə müşavirə çağırıb
Digər ölkələr
09:45
Video
FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır
Futbol
09:41
Monteneqroda Berlin Prosesi Liderlər Sammiti keçirilir
Xarici siyasət
09:33
UEFA Konfrans Liqası: II turun oyunları bu gün keçiriləcək
Futbol
09:24
SEPAH Fars körfəzində dörd gəmiyə zərbə endirildiyini bəyan edib
Digər ölkələr
09:17
UEFA Avropa Liqası: "Beşiktaş" İngiltərə, "Yuventus" Fransa klubu ilə qarşılaşacaq
Futbol