"Brayton" Kolumbiya gənclər millisinin üzvü Matias Orosko ilə müqavilə imzalayıb

Futbol
  • 31 avqust, 2026
  • 12:45
Brayton Kolumbiya gənclər millisinin üzvü Matias Orosko ilə müqavilə imzalayıb

İngiltərənin "Brayton" klubu Kolumbiyanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Matias Orosko ilə 5 illik müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Premyer Liqa təmsilçisi 18 yaşlı futbolçunu 2026/2027 mövsümündə icarəyə verəcək.

Qeyd edək ki, Kolumbiyanın "Deportivo Kali" klubundan transfer olunan dayaq yarımmüdafiəçisi bu komandanın heyətində keçirdiyi 28 matçda 2 qol vurub.