"Botafoqo" Hakim Ziyeşin transferini açıqlayıb
Futbol
- 10 sentyabr, 2026
- 17:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mərakeş millisinin üzvü Hakim Ziyeş Braziliyanın "Botafoqo" komandasına transfer olunub.
"Report" Braziliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.
Yarımmüdafiəçinin son klubu Mərakeşin "Vidad" komandası olub. O, 2025-ci ildən bu kollektivin heyətində 16 matça çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Hakim Ziyeş karyerası ərzində Qətərin "Əl-Duhail", Türkiyənin "Qalatasaray", İngiltərənin "Çelsi", Niderlandın "Ayaks", "Tvente" və "Herenven" klublarında da çıxış edib. O, Mərakeş millisinin heyətində keçirdiyi 64 oyunda 25 dəfə fərqlənib.
Son xəbərlər
17:56
Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Sənaye
17:53
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib
Futbol
17:45
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Hadisə
17:43
Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Biznes
17:31
Azərbaycanda 9 ayda avtomobil nəqliyyatı ilə 1,8 milyarda yaxın sərnişin daşınıb
İnfrastruktur
17:29
Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
Digər ölkələr
17:21
İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır
Digər ölkələr
17:08
Azərbaycanda quş əti və yumurta istehsalı kəskin artıb
Biznes
17:02
Tunis Prezidentinə qarşı son illərin ən böyük etiraz aksiyası keçirilib
Digər ölkələr