Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Vladimir Putinə yarış dəbilqəsi hədiyyə edib

Futbol
  • 07 dekabr, 2018
  • 15:06
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Vladimir Putinə yarış dəbilqəsi hədiyyə edib

Bakı. 7 dekabr. REPORT.AZ/ Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Jan Todt Rusiya dövlət başçısı Vladimir Putinlə görüşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, Sankt-Peterburq şəhərindəki Mariin Teatrında baş tutan görüşdə J.Todt Rusiya Prezidentinə yarış dəbilqəsi hədiyyə edib.

Görüşdə Rusiyadakı avtomobil idmanının inkişafı müzakirə olunub.