"Bavariya"nın yarımmüdafiəçisi Bundesliqada tarixi rekorda imza atıb
Futbol
- 22 fevral, 2026
- 08:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bavariya" Almaniya çempionatının XXIII turunda evdə "Ayntraxt"ı (Frankfurt) 3:2 hesabı ilə məğlub edib.
"Report"un məlumatına görə, meydan sahiblərinin heyətində Harri Keyn dubl edib, daha bir qolu isə Pavloviç vurub.
Qonaqların heyətində Burkardt və Kalimuendo fərqləniblər.
Matçda həmçinin "Bavariya"nın hücumameyilli yarımmüdafiəçisi Camal Musiala da iştirak edərək Bundesliqadakı 100-cü qələbəsini qazanıb.
Almaniyalı futbolçu turnir tarixində bu nəticəyə çatan ən gənc oyunçu olub. "Opta" statistika portalının məlumatına görə, rekord zamanı o, 22 yaş 360 günlüyündə olub.
"Bavariya" növbəti turda 28 fevralda səfərdə "Borussiya" ilə, "Ayntraxt" isə 1 martda "Frayburq"la qarşılaşacaq.
Son xəbərlər
04:49
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Digər ölkələr
04:24
Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirilə bilər
Digər ölkələr
03:57
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
Digər ölkələr
03:22
UEFA FIFA-dan İnfantinonun yeni şirkət yaratmaq təşəbbüsü ilə bağlı izahat tələb edib
Futbol
02:45
ABŞ-də məsciddə atışma olub, ölən və yaralanan var
Digər ölkələr
02:11
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
Digər ölkələr
01:44
Foto
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
01:27
Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb
Digər ölkələr
00:48
FT: Fransadakı iğtişaşlar hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyini göstərib
Digər ölkələr