“Bavariya” klubunun futbolçusu Çempionlar Liqası oyununda tarixə düşə bilər
Futbol
- 05 mart, 2024
- 11:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın “Bavariya” klubunun futbolçusu Camal Musiala İtaliya təmsilçisi “Latsio”ya qarşı keçiriləcək UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyununda tarixə düşə bilər.
“Report” xəbər verir ki, gənc futbolçu meydana çıxmaqla karyerasında 30-cu dəfə ÇL matçında iştirak edə bilər.
Almaniya millisinin üzvünün 21 yaş və daha gənc olanlar arasında 30 görüşə çatan ilk almaniyalı futbolçu olmaq ehtimalı var. İlk oyunda səfərdə 0:1 hesabı ilə məğlub olan “Bavariya” “Latsio”nu bu gün cavab qarşılaşmasında qəbul edəcək.
Qeyd edək ki, Camal Musiala 2020-ci ildən “Bavariya”nın əsas komandasının şərəfini qoruyur.
Son xəbərlər
09:35
Bakıda yeraltı dayanacaqdan çıxan avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
Hadisə
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr