"Barselona"nın almaniyalı qapıçısı əməliyyat olunacaq
Futbol
- 05 fevral, 2026
- 16:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Barselona" klubunun La Liqanın digər təmsilçisi "Jirona"da icarə əsasında çıxış edən qapıçısı Mark-Andre ter Şteqen əməliyyat olunacaq.
"Report" xəbər verir ki, almaniyalı qolkiper bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
33 yaşlı oyunçu yanvarın 31-də İspaniya çempionatının XXII turunda, "Oviedo" ilə matçda (0:1) sol bud nahiyəsindən zədələnib. Onun yaşıl meydanlara dəqiq qayıdış vaxtı əməliyyatdan sonra bəlli olacaq.
Qeyd edək ki, Mark-Andre ter Şteqen "Jirona"ya cari mövsümün sonuna qədər icarəyə verilib. O, yeni klubunda cəmi iki matça çıxa bilib. Təcrübəli qolkiperin "Barselona" ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Son xəbərlər
12:49
Mehrdad Əxlaqi Kitabçi İranın yeni müdafiə naziri olub
Region
12:37
Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb
Hadisə
12:34
UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Futbol
12:32
Sabah rayonlarda 30 dərəcə isti olacaq, arabir yağış yağacaq
Ekologiya
12:23
BFMTV: Parisdə etirazlar zamanı 855 nəfər həbs edilib
Digər ölkələr
12:11
İran yeni əməliyyat planı hazırlayıb
Region
12:00
Azərbaycanın stolüstü tennisçiləri Polşada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
Fərdi
11:57
Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Digər ölkələr
11:34
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
Futbol