“Barselona” koronavirusa görə 140 milyon avro itirib
Futbol
- 05 may, 2020
- 19:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya futbol çempionatının lideri “Barselona”nın koronavirus pandemiyası ilə əlaqədar turnirlərin təxirə salınması səbəbindən maliyyə itkiləri 120-140 milyon avro arası təşkil edib.
“Report” xəbər verir ki, bunu “ESPN” kanalına açıqlamasında klubun vitse-prezidenti Jordi Kardoner deyib.
Onun sözlərinə görə, “Barselona” matçlara və klubun muzeyinə bilet satışının olmamasından təxminən 50 milyon avro, televiziya verilişlərindən 39 milyon avro, klub dükanları və futbol məktəbi daxil olmaqla potensial kommersiya gəlirlərindən 20 milyon avro itirib.
İspaniya çempionatı mart ayında dayandırılıb. 27 turdan sonra “Barselona” 58 xalla turnir cədvəlinə başçılıq edir.
Son xəbərlər
11:26
Tokayev Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik edib
Digər
11:16
Batabat yaylağına qar yağır
Ekologiya
11:11
Foto
Xankəndidə Zəfər Günü qeyd edilib
Daxili siyasət
11:06
Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə qızıl medallar qazanıblar
Fərdi
11:04
Foto
Video
Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub
Qarabağ
11:04
Azərbaycanın futzal millisi bu gün Latviya ilə üz-üzə gələcək
Futbol
10:58
Foto
Kamran Əliyev və prokurorluğun rəhbər heyəti Zəfər Tağını ziyarət edib
Daxili siyasət
10:55
Pakistanın Baş naziri 8 Noyabrı Azərbaycan xalqının cəsarətinin tarixi sübutu hesab edir
Xarici siyasət
10:52
Foto
GİKM-in regional bölmələrində Zəfər Günü ilə bağlı tədbirlər keçirilib
Daxili siyasət