"Barselona"da çıxış edən Markus Reşford karyerasında ilk dəfə çempion olub
Futbol
- 11 may, 2026
- 09:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya La Liqasının XXXV turunda "Real"ı məğlub edərək vaxtından əvvəl birinci yeri özü üçün təmin edən "Barselona"nın futbolçusu Markus Reşford karyerasında ilk dəfə çempionluq sevinci yaşayıb.
"Report" xəbər verir ki, 28 yaşlı hücumçu "Kral klubu" ilə ötən günkü matçda ilk qolun müəllifi olub.
"Barselona" Reşfordu 2025/2026 mövsümünün əvvəlində İngiltərə təmsilçisi "Mançester Yunayted"dən icarə əsasında heyətinə qatıb.
Bu, 2016-cı ildən bəri "qırmızı şeytanlar"ın heyətində yer alan Reşfordun karyerasındakı ilk çempionluq tituludur.
Qeyd edək ki, "Barselona" 91 xalla turnir cədvəlinin ilk sırasında yer alıb. Ən yaxın izləyicisi "Real" isə 77 xalla ikincidir.
Son xəbərlər
08:18
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:13
Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika
07:48
Yaponiyada ABŞ ilə birgə "Keen Sword" təlimləri başlayıb
Digər ölkələr
07:21
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Digər ölkələr
06:53
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Region
06:18
Tədqiqat: Bəzi fabrik məhsulları bağırsaq xərçəngi riskini azalda bilər
Sağlamlıq
05:42
Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Digər ölkələr
05:05
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Digər ölkələr
04:38
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Digər ölkələr