"Aznur" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
Futbol
- 24 sentyabr, 2026
- 17:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Aznur" minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində mübarizəni dayandırıb.
"Report"un məlumatına görə, Rəcəb Fərəczadənin baş məşqçi olduğu komanda F qrupundakı sonuncu matçını Macarıstan təmsilçisi "The Private Rooftop"a qarşı keçirib.
Bu görüşdə "Aznur" 4:0 hesablı qələbə qazanıb. Azərbaycan klubunun heyətində Elməddin Hüseynzadə (7), Mirkamil Əliyev (11), Mehdi Rəsulov (14) və Pərviz Qaraxanov (33) fərqləniblər.
Qələbəyə baxmayaraq komanda İspaniyanın Kambrils şəhərində təşkil olunan turnirlə vidalaşıb.
Qeyd edək ki, "Aznur" ötən gün keçirdiyi ilk görüşdə Polşa təmsilçisi "Sokil"ə 0:2, ikinci qarşılaşmada isə İngiltərənin "Bukovina Badeuti" kollektivinə 2:3 hesabı ilə yenilmişdi.
Son xəbərlər
01:49
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
Digər ölkələr
01:08
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
Region
00:32
Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
Futbol
00:21
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
Energetika
00:00
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
Daxili siyasət
23:51
Rezai: Yaxın Şərqdəki problemlərin həlli dörd ölkənin birgə fəaliyyətindən asılıdır
Region
23:34
"Kommersant": Rusiya dizelinin ixracı yanacaq qiymətlərini aşağı salmayıb
Energetika
23:17
Foto
"Qızıl top"un saytı səhvən mükafatın qalibləri ilə bağlı paylaşım edib
Futbol
22:55
Ronaldu Portuqaliya millisinin Millətlər Liqası oyunları üçün ilkin heyətinə çağırılıb
Futbol