Azərbaycanlı FIFA hakim-inspektoru erməni ilə eyni oyuna təyinat alıb
Futbol
- 26 noyabr, 2018
- 12:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanlı FIFA hakim-inspektoru Asim Xudiyev erməni ilə eyni oyuna təyinat alıb.
"Report" xəbər verir ki, A.Xudiyev Avropa Liqasının qrup mərhələsinin K qrupunda keçiriləcək "Astana" (Qazaxıstan") - "Dinamo" (Kiyev, Ukrayna) matçında iş başında olacaq. Görüşün UEFA nümayəndəsi isə Ermənistan təmsilçisi Artur Azaryan olacaq. Qarşılaşmanı İvan Bebekin başçılıq etdiyi xorvatiyalı hakimlər briqadası idarə edəcək.
A.Xudiyev əvvəllər Ermənistan komandasının oyununda da hakim-inspektor olub.
Qeyd edək ki, noyabrın 29-da “Astana Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:50-də başlayacaq. "Astana"da Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda da çıxış edir.
Son xəbərlər
21:27
SEPAH: İranda terror aktının qarşısı alınıb
Region
21:18
"Qarabağ" ev oyunlarını yenidən "Azersun Arena"da keçirəcək
Futbol
21:18
Tokayev Qazaxıstana zərər vurmağa cəhd edənlərin məsuliyyətə cəlb olunacağını bildirib
Digər ölkələr
21:11
Makron enerji böhranında Fransaya dəstəyə görə Yaxın Şərq ölkələrinə təşəkkür edib
Digər ölkələr
21:09
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
Region
20:53
Azərbaycan Premyer Liqasının X turunda "Sumqayıt" "Şəfa" ilə bərabərə qalıb
Futbol
20:42
Polşanın BMT-dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib
Digər ölkələr
20:36
Cənubi Koreyada avtobusun dərəyə aşması nəticəsində 20-dən çox insan yaralanıb
Digər ölkələr
20:32
Foto
Azərbaycan taekvondoçusu Qaşim Maqomedov beynəlxalq turnirdə qızıl medal qazanıb
Fərdi