Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirində iştirak edəcək

Futbol
  • 19 oktyabr, 2026
  • 15:30
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirində iştirak edəcək

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Maltada keçiriləcək UEFA İnkişaf Turnirində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bakıda təlim-məşq toplanışını başa vuran komanda oktyabrın 19-27-si aralığında üç oyuna çıxacaq.

U-15 ilk oyununu oktyabrın 21-də Latviya yığmasına qarşı keçirəcək. Bakı vaxtı ilə saat 12:00-da başlayacaq görüş "Sentineri" stadionunda təşkil olunacaq.

Komanda oktyabrın 23-də, saat 15:30-da Malta, 26-da isə eyni saatda Litva yığması ilə qarşılaşacaq. Hər üç oyun "Sentineri" stadionunda keçiriləcək.

Turnirdə iştirak edəcək millinin heyəti:

Nr. Adı / Soyadı Klub
1 Sirac Quluzadə Qarabağ FK
2 Qabil Həzizadə Sumqayıt FK
3 Rəvan Rüstəmov Sabah FK
4 Ayxan Əliyev Sabah FK
5 Zeyd Çodarov Qarabağ FK
6 Sənan Zeynallı Qarabağ FK
7 Rasim Əliyev Ulduz FA
8 Amal Şıxkərimzadə Sabah FK
9 Kənan Səfiyev Ulduz FA
10 Kamil Bədirxanlı Qarabağ FK
11 Muhəmməd Hümbətzadə Ulduz FA
12 Ayxan Rüstəmli Ulduz FA
13 Hüseyn Novruzlu EFA
14 Nihat Bəylərli Ulduz FA
15 Zəfər İbrahim Qarabağ FK
16 Cəbrayıl Əkbərov Ulduz FA
17 Cavid Allahverdi Qəbələ İK
18 İmran Seyidbalayev Sumqayıt FK
19 Yusif Ağayev Sabah FK
20 Onur Əmirzadə Neftçi PFK
44 - Tezliklə