Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstan yığması ilə heç-heçə edib
- 04 iyun, 2018
- 10:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün yoldaşlıq oyununda qüvvəsini sınayıb.
"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv səfərdə qazaxıstanlı həmyaşıdları ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə ilk qolu 33-cü dəqiqədə Azərbaycan yığmasının üzvü Sərtan Taşkın vurub. Meydan sahiblərinin heyətində isə Aybol Abiken 80-ci dəqiqədə penaltidən fərqlənməklə tarazlığı bərpa edib.
Yoldaşlıq görüşü
4 iyun
13:00. Qazaxıstan U-21 – Azərbaycan U-21 - 1:1
Qol: Aibol Abiken, 80 - penalti ilə - Sertan Taşkın, 33
Baş hakim: Dmitri Muntyan
Baş hakimin köməkçiləri: Andrey Bodyan, Viktor Mardari
Dördüncü hakim: Aleksandr Tyan
(Hamısı Moldova)
Qeyd edək ki, Azərbaycan yığması iyunun 9-u Bakıda Macarıstan U-21-ni qəbul edəcək.