Azərbaycanda çimərlik futbolu üzrə Super Liqa təşkil olunacaq

Futbol
  • 08 iyul, 2025
  • 11:42
Azərbaycanda çimərlik futbolu üzrə Super Liqa təşkil olunacaq

Azərbaycanda çimərlik futbolu üzrə Super Liqa təşkil olunacaq.

Çimərlik Futbolu Federasiyasından "Report"a verilən məlumata görə, yarışda iştirak edəcək komandalar da müəyyənlşib.

Turnirdə 6 kollektiv mübarizə aparacaq.

Bunlar "Dirçəliş", "Yasamal-Baku Football Academy", "Çinar Zəngilan", "Rekord Klub 2019", "Marafon İdman Klubu 2015" və VTB komandalarıdır.

Qeyd edək ki, Super Liqa iyulun 11-15-i aralığında baş tutacaq.