Azərbaycan Premyer Liqasında azarkeş rekordu qeydə alınıb
Futbol
- 17 sentyabr, 2018
- 10:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının IV turunun oyunlarını 4600 tamaşaçı izləyib.
“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu da mövsümün yeni rekordudur. Ötən tur qeydə alınan 4450 tamaşaçılıq göstərici arxada qalıb. İlk iki turda isə daha az seyrçi müşahidə olunub. İlk turda 1700, II oyun həftəsində 2550 nəfər matçları izləyib.
Qeyd edək ki, IV turda “Qarabağ” – “Sumqayıt” matçında daha çox – 1600 tamaşaçı olubsa, “Neftçi” – “Keşlə” oyununu 1300, “Sabah” – “Qəbələ” qarşılaşmasını 1200, “Səbail” – “Zirə” görüşünü 500 azarkeş seyr edib.
Son xəbərlər
10:24
Səfir: "Avropa investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsi üzərində işləyirik"
Xarici siyasət
10:23
Süni intellekt savadlılığı proqramı 7 000-dən çox vətəndaşı əhatə edib
Sosial müdafiə
10:22
ASCO sərnişin daşınmasını 14 % artırıb
Digər
10:18
"AFchamber": Orta Dəhlizin inkişafı üçün sağlam biznes mühiti lazımdır
İnfrastruktur
10:14
Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 14 nəfəri saxlayıb
Region
10:09
"Barselona"ya qalib gələn PSJ UEFA Çempionlar Liqasında klub rekordunu təkrarlayıb
Futbol
10:05
Foto
"Bir Ömrün Konstitusiyası" sənədli filminin Bakı və Naxçıvanda təqdimat mərasimləri keçirilib
Sosial müdafiə
10:03
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb
Energetika
09:50
Lerikdə dəfinə axtaran şəxs dərəyə yıxılaraq ölüb
Hadisə