Azərbaycan millisinin futbolçusu Premyer Liqada 100-cü oyununu keçirib
Futbol
- 11 fevral, 2026
- 11:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçusu Faiq Hacıyev Premyer Liqada 100-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Turan Tovuz"un kapitanının yubileyi "Karvan-Yevlax"la matça (1:0) təsadüf edib.
O, Misli Premyer Liqasının XIX turunun görüşünə start heyətində çıxıb.
Faiq Hacıyev keçirdiyi 100 qarşılaşmada 3 qol vurub.
25 yaşlı müdafiəçi iki klubun formasını geyinib. 2019/2020 mövsümündə "Qəbələ"nin forması ilə Premyer Liqada debüt edən Hacıyev "qırmızı-qaralar"la 6 oyuna çıxıb. O, "Turan Tovuz"da keçirdiyi 94 görüşdə 3 qol vurub.
Qeyd edək ki, Faiq Hacıyev turnirin tarixində 100 və daha çox oyun keçirən 451-ci futbolçu olub.
Son xəbərlər
11:09
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Xarici siyasət
11:07
Makron etirazlar fonunda ilk dəfə şagird və polislərlə görüşəcək
Digər ölkələr
11:06
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
ASK
11:05
ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib
Region
11:03
Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək
Milli Məclis
11:02
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - Faktiki hava
Ekologiya
11:00
"Nağdsız hesablaşmalar" şöbəsi müştərilərin xidmətindədir!
Biznes
10:57
"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur
İnfrastruktur
10:57
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
Energetika