Azərbaycan millisinin futbolçusu çıxış edəcəyi çempionatın adını açıqlayıb
Futbol
- 03 iyul, 2024
- 11:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin "Ümraniyəspor" klubundan ayrılan Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev çıxış edəcəyi çempionatın adını açıqlayıb.
"Report"a açıqlama verən 28 yaşlı yarımmüdafiəçi yenidən Türkiyə I Liqa klubunun şərəfini qoruyacağını söyləyib.
"Azərbaycana qayıtmayacağım dəqiqdir. Türkiyə I Liqa klubları ilə danışıqlar aparıram. Mənim üçün ən yaxşı olan komanda üzərində dayanacağam. Danışıq apardığım klublar arasında iddialı olan da var. Təbii ki, bu işin maddi tərəfini də düşünməliyik. Yaxın günlərdə qərar verəcəyəm", - deyə C.Diniyev bildirib.
Qeyd edək ki, C.Diniyev 2023/2024 mövsümünün əvvəlində "Zirə" klubundan "Ümraniyəspor"a transfer olunmuşdu.
Son xəbərlər
10:10
Qırğızıstanda malların qiymətlərinin monitorinqi sistemi modernləşdirilir
Biznes
10:09
Azərbaycan Belarus və Qırğızıstanla rəqabət siyasəti sahəsində əlaqələri gücləndirir
İnfrastruktur
10:08
Azərbaycan banklarının izafi likvidliyi 2 dəfədən çox artıb
Maliyyə
10:07
"AzInTelecom"un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
İKT
10:05
AMB cari əməliyyatlar balansının profisiti ilə bağlı proqnozlarını yeniləyib
Maliyyə
10:03
Azərbaycan Mərkəzi Bankı illik inflyasiya proqnozlarını yeniləyib
Maliyyə
10:02
AMB: 9 ayda nağd xarici valyutanın alışı satışını 759 milyon dollar üstələyib
Maliyyə
10:00
Bakıda "PATA Hosted Buyers Summit Baku 2026" tədbiri keçirilir
Turizm
10:00
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Maliyyə