Azərbaycan Kuboku: Yarımfinala vəsiqə qazanan daha bir komanda bəlli olub
Futbol
- 28 fevral, 2025
- 17:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
"Report"un məlumatına görə, "Araz-Naxçıvan" 1/4 final mərhələsinin cavab oyununda səfərdə "Zirə" ilə üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə bitib - 2:0. 3-cü və 45-ci dəqiqədə Felipe Santos penalti zərbəsini dəqiq yerinə yetirib. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn naxçıvanlılar növbəti raunda yüksəlib. Komanda finala gedən yolda "Qarabağ"la üz-üzə gələcək.
Saat 19:30-da start götürəcək matçda "Neftçi" "Kəpəz"i (ilk oyun - 2:0) sınağa çəkəcək.
Qeyd edək ki, daha əvvəl 1/4 finalda "Qarabağ" "Səbail"i (1:0, 3:1), "Sabah" isə "Sumqayıt"ı (0:0, 4:0) mübarizədən kənarlaşdırıb.
Son xəbərlər
00:37
"Al-Arabiya": İran ABŞ-yə blokadanı aradan qaldırmaq müqabilində Hörmüz boğazını açmağı təklif edib
Region
00:14
Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Hadisə
00:04
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:41
"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır
Digər ölkələr
23:26
Foto
Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının sədri ilə görüşüb
Xarici siyasət
23:20
İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Digər ölkələr
22:55
"Çelsi" öz meydanında "Tottenhem"ə uduzub
Futbol
22:43
Fransadakı iğtişaşlara görə minə yaxın şəxs saxlanılıb
Digər ölkələr
22:35
Foto
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - Yenilənib-2
Futbol