Azərbaycan klubu "Barselona"nın sabiq futbolçusunu heyətinə qatdı
Futbol
- 07 iyul, 2021
- 10:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Xuan Kamaranı heyətinə qatır.
"Report"un məlumatına görə, paytaxt təmsilçisi bu barədə rəsmi feysbuk hesabından paylaşım edib.
Klub 27 yaşlı yarımmüdafiəçinin Lionel Messi, Luis Suares və Arda Turanla fotosunu paylaşıb və "Sabaha saxlamadıq" yazıb. Müqavilə ilə Polşa "Yagelloniya"sına məxsus olan ispaniyalı oyunçu icarə əsasında Azərbaycan təmsilçisində çıxış edəcək.
O, tezliklə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Xuan Kamara 2014 - 2016-cı illərdə "Barselona"nın əvəzedici, 2016 - 2018-ci illərdə isə əsas komandasında çıxış edib.
Son xəbərlər
10:52
GİKM-in regional bölmələrində Zəfər Günü ilə bağlı tədbirlər keçirilib
Daxili siyasət
10:47
Foto
Naxçıvanda Zəfər Günü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunur
Daxili siyasət
10:39
Foto
Video
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad edib
Daxili siyasət
10:36
Rəşad Nəbiyev: Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığının təntənəsidir
Daxili siyasət
10:29
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
Fərdi
10:27
Foto
Allahşükür Paşazadə və digər dini konfessiyaların nümayəndələri Zəfər Tağını ziyarət ediblər
Daxili siyasət
10:20
Səudiyyə Ərəbistanı Ər-Riyad istiqamətində buraxılan iki raketi ələ keçirib
Digər ölkələr
10:13
Foto
Zəfər Günü münasibətilə Rustavidə Heydər Əliyevin abidəsi ziyarət olunub
Xarici siyasət
10:12
"Mançester Yunayted" antirekordunu təkrarlayıb
Futbol