Avropa klublarının Ronaldunun transferindən imtina etməsinin səbəbləri açıqlanıb
Futbol
- 25 dekabr, 2022
- 05:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasında çıxış edən bir sıra Avropa klublarının Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun trasferindən imtina etməsinin səbəbləri bəlli olub.
"Report" "The Times"a istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun noyabrın sonunda "Mançester Yunayted"i qalmaqallı şəkildə tərk etməsi əsas səbəb kimi göstərilib.
Təcrübəli oyunçunun Qətərdəki dünya çempionatı zamanı yığmada əsas heyətdəki yerini itirməsi də burada rol oynayıb.
Klublar forvardın yaşını və maaş tələblərini nəzərə aldıqdan sonra keçidin ağlabatan olmadığını düşünüblər.
Qeyd edək ki, Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqavilə imzalayacağı gözlənilir.
Son xəbərlər
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region