"Arsenal" müdafiəçisi ilə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib
Futbol
- 23 yanvar, 2026
- 14:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Arsenal" klubu və müdafiəçisi Yurrien Timber arasında müqavilənin müddətinin uzadılması barədə prinsipial razılıq əldə olunub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Mikel Arteta 24 yaşlı futbolçunu öz oyun sisteminin əsas fiqurlarından biri sayır.
Hazırda tərəflər yeni müqavilənin müddəti ilə bağlı son detalları dəqiqləşdirirlər. Müqavilə müddətinin 2030 və ya 2031-ci ilə qədər nəzərdə tutulacağı gözlənilir.
Qeyd edək ki, Y.Timber "Arsenal"a 2022-ci ilin yayında keçib. Niderlandlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 31 matça çıxıb, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
19:34
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
19:31
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
Futbol
19:22
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb
Region
19:18
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Region
19:12
Osloda Zelenski və Uitkoffun görüşü başlayıb
Digər ölkələr
19:08
"Roma"nın futbolçusu Uesli Fransa Premyer Liqanın 3 klubunun diqqət mərkəzinə düşüb
Futbol
19:06
Alman turist: Bakıda Qarabağda şəhid olanların xatirəsinə ucaldılmış abidəni gördüm
Qarabağ
18:49
ASF: Xaçmazda aqrar sığorta üzrə ödənişlər 1 milyon manatı ötüb
ASK
18:31
Foto
Bakıda 40 azərbaycanlı rəssamın iştirakı ilə "Planetin vəhşi ürəyi" sərgisi keçiriləcək
Mədəniyyət siyasəti