APOEL - "Qarabağ" matçının hakimləri bəlli olub
Futbol
- 04 noyabr, 2019
- 09:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın Kiprdə APOEL-lə keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunu üçün bütün təyinatlar açıqlanıb.
"Report"un məlumatına görə, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Manuel Şüttenqruberə Roland Brandner və Robert Ştaynaxer yan xətt, Kristofer Joger dördüncü hakim qismində kömək edəcək.
Yunanıstanlı Georgios Bikas hakim-inspektor, israilli Ariel Kennet Şayman UEFA nümayəndəsi olacaq.
36 yaşlı Şüttenqruber 5 ildir FIFA referisidir. O, indiyədək Azərbaycanın heç bir komandasının oyununu idarə etməyib.
Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək APOEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Son xəbərlər
13:59
Pərviz Şahbazov: "Bakı Kiyevlə enerji tərəfdaşlığını dərinləşdirməyi hədəfləyir"
Energetika
13:52
"Barselona" son 100 ilin ən yüksək məhsuldarlıq göstəricisinə imza atıb
Futbol
13:51
Surinam özəl sektoru iqtisadi siyasətin hazırlanmasına daha fəal cəlb etmək niyyətindədir
Xarici siyasət
13:42
İƏT Əmək Mərkəzi müxtəlif ölkələrdə məşğulluq sahəsində süni intellekt platforması hazırlayır
Xarici siyasət
13:42
Keniya 23 mindən çox dövlət xidmətini rəqəmsal formata keçirib
Xarici siyasət
13:40
Hərbi və fövqəladə vəziyyətdə tibbi sığorta xərcləri dövlət büdcəsi hesabına maliyyələşdiriləcək
Daxili siyasət
13:34
APRM: Afrika süni intellektin tətbiqi üçün əsas problemləri həll etməlidir
Xarici siyasət
13:34
Azərbaycan Xəzərin Su Bioresursları Komissiyasına sədrlik edəcək
ASK
13:34
Elman Ələkbərov: "Çexiya ilə oyunda qalib gəlmək şansımız var"
Futbol