"Anderlext" komandasına azarkeşlərinə görə 0:5 hesablı texniki məğlubiyyət verilib
Futbol
- 01 may, 2019
- 08:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Belçika Futbol Assosiasiyası "Anderlext" komandasına texniki məğlubiyyət verib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Brüssel təmsilçisi çempionatın pley-off mərhələsinin 4-cü turunda "Standard"la matçda azarkeşlərinə görə cəza ilə üzləşib.
Qarşılaşmada "Anderlext"in fanatları mütəmadi olaraq pirotexniki vasitələrdən istifadə edib və birinci hissədə meydana fişənglər atıb. Nəticədə görüş 32-ci dəqiqədə "Standard" hesabda 2:0 öndə olarkən dayandırılıb və daha sonra oyun ləğv olunub. Kollektivə 0:5 hesablı texniki məğlubiyyətlə yanaşı, növbəti ev matçını boş tribunalar önündə keçirmə cəzası da verilib.
Qeyd edək ki, hazırda "Anderlext" Belçika çempionatında 27 xalla 5-ci pillədə qərarlaşıb.
Son xəbərlər
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr
00:55
Video
Şahbuzun dağ kəndlərinə qar yağır
Ekologiya
00:33
İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
Digər ölkələr
00:07
Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib
Daxili siyasət
00:00
Bu gün Azərbaycanda Zəfər Günüdür
Daxili siyasət
00:00
Foto
Şuşanın azad olunmasından 6 il ötür
Qarabağ
23:56
Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır
Daxili siyasət