Almaniya millisinin və "Bavariya"nın sabiq futbolçusu Niklas Süle həvəskar komandada debüt edib
Futbol
- 18 avqust, 2026
- 11:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın "Bavariya" klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olmuş Niklas Süle ölkəsinin VIII divizionunda çıxış edən "Tifenbax" komandasında debüt edib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, Almaniya millisinin 30 yaşlı sabiq futbolçusu yeni komandasında 90 dəqiqə meydanda olub və başla fərqlənməyi bacarıb.
Buna baxmayaraq, "Tifenbax" 2:7 hesabı ilə məğlub olub.
Qeyd edək ki, karyerasını cari ilin mayında başa vuran N.Süle həmin görüşdə yarımmüdafiəçi və hücumçu kimi oynayıb. "Bavariya" ilə 5 dəfə Almaniya çempionluğu yaşayan sabiq müdafiəçi son olaraq "Borussiya" (Dortmund) klubunun şərəfini qoruyub. O, Almaniya millisinin heyətində 49 matç keçirib.
Son xəbərlər
09:36
"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının cari mövsümündə ilk matçına çıxacaq
Futbol
09:29
Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
Region
09:26
FIBA Çempionlar Liqası: "Sabah" bu gün Bakıda Fransa klubu ilə üz-üzə gələcək
Komanda
09:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır
Futbol
09:14
"DH Volley" klubu avrokuboklarda ilk oyununu keçirəcək
Komanda
09:13
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.10.2026)
Maliyyə
09:12
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (27.10.2026)
Maliyyə
09:08
Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır
Fərdi
09:02
Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi
Hadisə