Almaniya klubunun futbolçusu sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cəzalandırılıb
Futbol
- 29 yanvar, 2026
- 22:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya təmsilçisi "Hamburq"un hücumçusu Can-Lyuk Dompe intizam qaydalarını pozduğuna görə komandanın rəhbərliyi tərəfindən məşqlərdən və oyunlardan kənarlaşdırılıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bazar günü futbolçu polis tərəfindən alkoqol testi üçün saxlanılıb.
Testlər 30 yaşlı oyunçunun orqanizmində alkoqolun olduğunu aşkar edib.
Dompe cümə axşamı rəhbərliklə izahlı görüşdən sonra cəzalandırıldığı barədə məlumatlandırılıb. Ona qarşı əlavə tədbirlər barədə yekun qərar daha sonra veriləcək.
Qeyd edək ki, Can-Lyuk Dompe "Hamburq"a 2022-ci ildə Belçikanın "Zulte Vareqem" klubundan keçib. O, həmin vaxtdan bəri Almaniya komandasında 107 oyun keçirib və 17 qol vurub.
Son xəbərlər
11:08
Azərbaycan əhəng istehsalını 77 % artırıb
Sənaye
11:00
Azərbaycandakı bankların qiymətli kağızlara investisiyalarının məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
10:57
Hindistanda ayaqqabı fabrikində yanğın olub, 4 nəfər ölüb
Digər ölkələr
10:40
Azərbaycandakı bankların Mərkəzi Bankdakı vəsaitlərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
10:37
Şahdağa qar yağıb - Faktiki hava
Ekologiya
10:35
Foto
Video
Qubadlıda ilk su elektrik stansiyası tikilir
İnfrastruktur
10:20
Azərbaycandakı bankların nağd vəsaitlərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
10:15
Səudiyyə Ərəbistanı 3 PUA-nı zərərsizləşdirib
Digər ölkələr
10:12
Azərbaycan Basketbol Liqası: "Neftçi" "LANDAU Lions"la üz-üzə gəlir
Komanda