AFFA "Zirə"nin məşqçisini bir oyunluq cəzalandırıb
Futbol
- 27 noyabr, 2018
- 09:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Zirə" klubunun məşqçisi Seymur Rəhimovu bir oyunluq cəzalandırıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna Rəhimovun Azərbaycan Premyer Liqasının XII turunda "Sumqayıt"la matç zamanı texniki zona qaydalarını pozması səbəb olub. O, baş hakim Səbuhi Bayramova sərt şəkildə etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Qəsəbə təmsilçisi buna görə 800 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, görüş "Zirə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Samir Abasovun baş məşqçi olduğu komanda növbəti turda "Qəbələ"nin qonağı olacaq. Görüş dekabrın 2-də keçiriləcək.
Son xəbərlər
03:27
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
Formula 1
02:40
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
Xarici siyasət
02:21
KTMT baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
Region
01:40
Avropanın beş lideri Rusiya ilə danışıqlar üçün namizəd göstərilir
Digər ölkələr
01:04
Avropa Liqası: "Ararat" və "Lillestrem" darmadağın edilib
Futbol
00:59
Konfrans Liqası: "Trabzonspor", "Ayaks" və "Monako" qələbə qazanıb
Futbol
00:50
Tibetdə 7 maqnitudalı zəlzələ nəticəsində 16 nəfər ölüb
Digər ölkələr
00:35
Tramp: Ukraynanın "Starshield" sisteminə çıxışı bərpa olunub
Digər ölkələr
00:04
Kobaxidze Mərkəzi Asiyanın dörd ölkəsinin XİN rəhbərlərini qəbul edib
Region