AFFA Azərbaycan millisinin baş məşqçi məsələsi ilə bağlı məlumat yayıb

Futbol
  • 25 yanvar, 2019
  • 11:55
AFFA Azərbaycan millisinin baş məşqçi məsələsi ilə bağlı məlumat yayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının hazırda vakant olan baş məşqçi vəzifəsinə təyinatla bağlı namizədlərin müzakirəsi prosesi davam etməkdədir.

"Report" xəbər verir ki, bu barədə AFFA-nın yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, ötən dövr ərzində müxtəlif ölkələrdən olan məşqçilərlə görüşlər keçirilib. Yaxın gələcəkdə namizədlərin qısa siyahısının hazırlanması nəzərdə tutulub. AFFA-nın Məşqçilər Komitəsinin tövsiyələri də nəzərə alınmaqla hazırlanacaq qısa siyahı müvafiq qaydada AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə təqdim olunacaq.

Proseslə bağlı rəsmi məlumatlar operativ və dəqiq şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaq.