Xüsusi Olimpiya Komitəsinin idmançıları beynəlxalq turnirlərdə iştirak edəcəklər
Fərdi
- 28 avqust, 2026
- 11:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin idmançıları Maltada keçiriləcək "Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışında çıxış edəcəklər.
Bu barədə "Report"a qurumdan məlumat verilib.
Hazırda komitənin atletləri yarışa hazırlıq çərçivəsində təlim-məşq prosesini davam etdirirlər. Turnir sentyabrın 10-14-ü aralığında baş tutacaq.
Bundan əlavə, 23-26 sentyabrda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə dünya çempionatı çərçivəsində "Xüsusi Olimpiya Açıq Cüdo Turniri 2026" keçiriləcək. Turnirdə ölkəmizi Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri təmsil edəcəklər.
Hazırda idmançılar yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışını davam etdirirlər.
Son xəbərlər
09:54
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Fərdi
09:54
Azərbaycan 9 ayda nəqliyyat və anbar təsərrüfatında 13 milyard manata yaxın gəlir əldə edib
İnfrastruktur
09:37
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Hadisə
09:27
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.10.2026)
Maliyyə
09:25
Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Sənaye
09:21
Səudiyyə koalisiyası Yəməndə husilərin iki raket qurğusunu məhv edib
Digər ölkələr
09:15
Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Futbol
09:10
Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Sosial müdafiə
08:41
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
Digər ölkələr