Universiadada 3-cü yeri tutan avarçəkən: "Bir saniyə fərqlə qızıl medalı əldən verdim"
Fərdi
- 09 avqust, 2023
- 19:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Finalda bəxtim gətirmədi və bir saniyə fərqlə qızıl medalı əldən verdim".
"Report"un məlumatına görə, bunu Çinin Çendu şəhərində keçirilmiş XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanan Azərbaycan avarçəkəni Bəhmən Nəsiri Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Bir nəfərlik akademik avarçəkmə qayığı ilə 2 000 metr məsafəyə mübarizədə 3-cü yeri tutan idmançı yarımfinal və final yarışlarının ağır keçdiyini söyləyib: "Son 20 metr məsafəyə daxil olarkən öndə idim. Amma idmanda kimin çempion olacağını əvvəlcədən demək olmaz".
O bildirib ki, bundan sonra daha çox işləmək lazımdır: "Növbəti yarışlarda bayrağımızı yüksəklərə qaldırıb himnimizi səsləndirməyə çalışacağam".
Son xəbərlər
09:41
Dünya Bankı: Avropada borcun artması fonunda Azərbaycan xarici borcunu azaldıb
Maliyyə
09:39
Azərbaycan Basketbol Liqasında VI tura bir oyunla start veriləcək
Komanda
09:35
Bakıda yeraltı dayanacaqdan çıxan avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
Hadisə
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə