Şəhriyar Məmmədyarov son 11 gündə ikinci turnirin qalibi olub
Fərdi
- 10 may, 2017
- 19:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov son 11 gün ərzində ikinci yarışın qalibi olub.
"Report"un məlumatına görə, 32 yaşlı qrossmeyster bu dəfə "Sibir-Sirius" klubunun heyətində Rusiya çempionu olub. 7 turluq mübarizənin yekununda Məmmədyarovun komandası 14 xalla 1-ci yeri tutub. "Sibir-Sirius" ən yaxın izləyicisi ŞSM-i 3 xal geridə qoyub.
Qalib komandanın heyətində Məmmədyarovdan əlavə, keçmiş dünya çempionu Vladimir Kramnik, eləcə də Aniş Giri, Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Dmitri Andreykin, Anton Korobov və Denis Xismatullin yer alıb.
Qeyd edək ki, Azərbaycan şahmatçısı aprelin 30-da Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2017"nin qalibi olub.
Son xəbərlər
23:00
FT: Avropada nəqliyyat vasitələri yeni hücumlarla hədələnib
Digər ölkələr
22:34
Foto
SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb
Energetika
22:14
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
Digər ölkələr
22:05
Azərbaycan Basketbol Liqası: "Sabah" "Ordu"nu məğlub edib
Komanda
22:04
Foto
Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib
Xarici siyasət
21:55
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
Futbol
21:43
Tahir Tağızadə: Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici mərkəz rolunu gücləndirir
Xarici siyasət
21:38
Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Digər ölkələr
21:26
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Digər ölkələr