Kuba yığmasının üzvü Almaniyada toplanış zamanı düşərgədən qaçıb
Fərdi
- 18 aprel, 2017
- 16:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 aprel. REPORT.AZ/ Üç təkanla tullanmada dünya çempionatının gümüş mükafatçısı Pedro Piçardo Almaniyanın Ştutqart şəhərində təlim-məşq toplanışında olan yüngül atletika üzrə Kuba milli komandasının düşərgəsindən qaçıb.
“Report”un AS nəşrinə istinadən verdiyi məlumata görə, 23 yaşlı idmançı Almaniya və ya İspaniyada sığınacaq almaq fikrindədir.
Bildirilir ki, Piçardo yığmadan kənarlaşıdırılacaq və onun 8 il müddətinə Kubaya dönüşünə qadağa qoyulacaq.
Qeyd edək ki, bu, kubalı idmançıların ölkə xaricində yığmanın heyətindən ilk qaçış halı deyil. 2013-cü ildə Rusiyanın paytaxtı Moskvada keçirilən dünya çempionatı zamanı sprinter Orlando Orteqa düşərgəni tərk edib və daha sonra İtaliyada üzə çıxıb.
Son xəbərlər
17:28
Fransadakı etiraz aksiyalarına görə PSJ-nin oyununun vaxtı dəyişdirilib
Futbol
17:28
Milli Məclisin növbəti plenar iclası oktyabrın 27-də keçiriləcək, 12 məsələ müzakirə ediləcək - Yenilənib
Milli Məclis
17:26
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Biznes
17:26
Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var
Hadisə
17:24
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 11 %-dən çox artırıb
Biznes
17:24
Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir
İnfrastruktur
17:15
Blokada səbəbindən İranın cənub limanlarında idxal 25 % azalıb
Region
17:15
EDB Mərkəzi Asiya və Cənubi Qafqaz üçün birbaşa investisiyalar fondunun həmtəsisçisi olub
Maliyyə
17:12
Hesablama Palatası: Regionlarda yol təmirinə tender yekunlaşmamış başlanılır
Maliyyə