İtaliyalı velosipedçi finişə çatdıqdan sonra infarkt keçirib
Fərdi
- 22 mart, 2022
- 08:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bəhreyn Viktorius" komandasının velosipedçisi Sonni Kolbrelli "Vuelta Kataloniya" yarışının birinci mərhələsində xoşagəlməz hadisə ilə üzləşib.
"Report" "Velonews"a istinadən xəbər verir ki, 172 km-lik məsafədə finişə 2-ci çatan italiyalı idmançının qəflətən halı pisləşib. Huşunu itirən velosipedçidə əvvəlcə qıcolmalar baş verib.
İlkin tibbi müdaxilədən sonra Kolbrellinin infarkt keçirdiyi bəlli olub. Defibrillyator cihazının köməyi ilə özünə gələn idmançı yerli xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin sözlərinə görə, Kolbrelli finişə çatandan sonra komandadakı tərəfdaşlarından və ya rəqiblərindən birinə salam vermək niyyətində olub. Lakin o, qəfildən huşunu itirərək yerə yıxılıb.
Son xəbərlər
22:34
Foto
SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb
Energetika
22:14
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
Digər ölkələr
22:05
Azərbaycan Basketbol Liqası: "Sabah" "Ordu"nu məğlub edib
Komanda
22:04
Foto
Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib
Xarici siyasət
21:55
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
Futbol
21:43
Tahir Tağızadə: Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici mərkəz rolunu gücləndirir
Xarici siyasət
21:38
Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Digər ölkələr
21:26
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Digər ölkələr
21:16
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Xarici siyasət