Hindistan güləşçilərinin Bakıdakı toplanışı yarımçıq dayandırıldı
Fərdi
- 17 mart, 2020
- 09:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yunan-Roma güləşi üzrə Hindistan millisinin Bakıdakı təlim-məşq toplanışı yarımçıq dayandırılıb.
"Report"un məlumatına görə, ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi koronavirusla bağlı vəziyyəti nəzərə alaraq yığmanı hazırlıq prosesinin müddətini azaltmağa məcbur edib.
Vəziyyəti nəzərə alan Hindistan Güləş Federasiyası (WFI) idmançıların evlərinə təhlükəsiz qayıtmalarını təmin etmək üçün ölkənin Bakıdakı səfirliyi ilə əlaqə saxlayıb. Hindistan yığması martın 16-da axşam saatlarında öz ölkəsinə yola düşüb.
Qeyd edək ki, martın 4-dən Bakıda Azərbaycan millisi ilə birgə toplanışda olan komandanın hazırlıq prosesi martın 21-dək nəzərdə tutulmuşdu.
Son xəbərlər
02:30
Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub
Formula 1
02:13
Pakistanın ən iri neft emalı şirkətlərinin mənfəəti 1 860 %-dən çox artıb
Energetika
01:50
Gyurov Bolqarıstanda prezident seçkilərində məğlubiyyətini etiraf edib - Yenilənib-2
Digər ölkələr
01:07
Foto
Video
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
Digər ölkələr
00:58
Foto
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
00:17
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
Region
23:53
Tədqiqat: Pəhriz və fiziki məşqlər gənclərdə 2-ci tip diabetin remissiyasına kömək edib
Sağlamlıq
23:36
Spiegel: Almaniya Müdafiə Nazirliyi yeni helikopterlərlə bağlı problemlə üzləşib
Digər ölkələr
23:18
Makqreqor karyerasını başa vurur
Fərdi