Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər

Fərdi
  • 17 oktyabr, 2026
  • 10:56
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər

Azərbaycanın yeniyetmə taekvondoçuları Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçiriblər.

Azərbaycan Taekvondo Federasiyasından "Report"a verilən məlumata görə, oktyabrın 12-dən 17-dək baş tutan hazırlıq prosesi yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi İlkin Şahbazov və böyük məşqçi Ziya Qasımovun rəhbərliyi altında baş tutub.

Sentyabrda reallaşan ölkə birinciliyindən sonra milli komandanın üzvlərinə baxış keçirilib. Təlim-məşq toplanışı qarşıdakı Avropa birinciliyinə hazırlığın ilk mərhələsini təşkil edib.