Azərbaycanın gənc cüdoçusu Bolqarıstanda bürünc medal qazanıb
Fərdi
- 14 sentyabr, 2018
- 16:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 sentyabr. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə gənclərin Avropa birinciliyi davam edir.
Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyinin ikinci günü milli komanda aktivinə daha bir medal yazdırıb.
Azərbaycanı 81 kq çəki dərəcəsində təmsil edən Murad Fətiyev mötəbər yarışın bürünc medalına sahib olub.
Qeyd edək ki, birinciliyin ilk günü Tofiq Məmmədov (60 kq) qızıl, Rövşən Əliyev (55 kq) gümüş, Balabəy Ağayev (55 kq) və Şəfəq Həmidova (44 kq) isə bürünc medala sahib olublar.
Xatırladaq ki, 42 ölkədən 405 (217 kişi, 188 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa çempionatında Azərbaycan millisi 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunur.
Son xəbərlər
12:29
Sabah 22 dərəcə isti olacaq
Ekologiya
12:18
Kürdəmirdə sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələnib
Hadisə
12:14
Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
Xarici siyasət
12:07
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Xarici siyasət
12:02
Foto
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Fərdi
11:47
RF-nin ən böyük NEZ-lərinin birində PUA hücumundan sonra yanğın başlayıb
Digər ölkələr
11:39
Amerikalı üzgüçü Keyt Duqlas dünya rekordunu yeniləyib
Fərdi
11:38
Yaponiya məlumat mərkəzlərinin yoxlanılması və qeydiyyatını planlaşdırır
Digər ölkələr
11:28
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
İnfrastruktur