Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır

Fərdi
  • 02 noyabr, 2026
  • 11:01
Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır

Boks üzrə U-23 Azərbaycan millisi Bakıda təlim-məşq toplanışına başlayıb.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Noyabrın 12-dək davam edəcək toplanışda komandamızla yanaşı, Türkiyə yığması da hazırlıq keçəcək.

Bakı Boks Mərkəzində təşkil olunan toplanışa 25-dək boksçu qatılıb. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək.

Məşqlər Xorvatiyada təşkil olunacaq U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 16-24-də baş tutacaq.