Azərbaycan karateçisi olimpiadaya lisenziya qazanıb
Fərdi
- 17 fevral, 2020
- 10:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan karateçisi İrina Zaretska Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
"Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində mübarizə aparan qadın idmançı buna Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Karate1 Premyer Liqa turnirində bürünc medal qazanmaqla nail olub. O, olimpiadada 61 kq-da yarışacaq.
Zaretska Ümumdünya Karate Federasiyasının (WKF) reytinq cədvəlinin və olimpiya reytinq cədvəlinin lideridir.
Bu nəticəyə baxmayaraq idmançı hər iki reytinq cədvəlində mövqeyini qorumaq üçün qarşıdakı yarışlara da qatılacaq.
Qeyd edək ki, olimpiada 24 iyul - 9 avqustda baş tutacaq.
Son xəbərlər
14:40
"Fox News": ABŞ-də 9 noyabr İrana zərbələrin bərpası üçün uğurlu gün hesab edilir
Digər ölkələr
14:36
Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb
Digər ölkələr
14:36
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Elm və təhsil
14:33
Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
Sosial müdafiə
14:29
"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb
Futbol
14:23
Çexiyada genişmiqyaslı elektrik kəsintisi səbəbindən parlament iclası yarımçıq dayandırıb
Digər ölkələr
14:22
DÇ-2028: Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb
Futbol
14:22
Azərbaycana gələn turistlərin xərcləri 13 %-ə yaxın azalıb
Turizm
14:16
Azərbaycanda bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək
Biznes