Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Fərdi
- 06 noyabr, 2024
- 13:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının yeni reytinq cədvəlini açıqlayıb.
"Report" xəbər verir ki, Fransanın paytaxtı Parisdə təşkil edilmiş Yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 530 xalla ilk pillədə yer alıb.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ikinci, Paris-2024-ün digər qalibi, cüdoçu Zelim Kotsoyev (430 xal) isə üçüncüdür.
Qeyd edək ki, sıralamaya uyğun olaraq ilk "10-luq"da həmçinin qadın atlet Anna Skidan (340 xal), cüdoçular Balabəy Ağayev (300 xal), Elcan Hacıyev (300 xal) kişi idman gimnastı Nikita Simonov (285 xal), cüdoçu Yaşar Nəcəfov (240 xal), bədii gimnast Zöhrə Ağamirova (220 xal), digər cüdoçu Zelim Tçkayev (220 xal) yer alıblar.
Son xəbərlər
22:11
Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır
Region
21:57
"Mançester Yunayted" İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb
Futbol
21:53
Bakı-Ankara münasibətlərində liderlərin rolu və siyasi məsuliyyət - Təhlil
Analitika
21:40
Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır
Region
21:32
BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib
Digər ölkələr
21:27
Stiv Uitkoff Rusiya Prezidenti ilə danışıqları konstruktiv adlandırıb
Digər ölkələr
21:18
Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb
Digər ölkələr
20:43
Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 12 %-dən çox azalıb
Biznes
20:36
Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır - Rəy
Xarici siyasət