Azərbaycan güləşçisi dünya çempionatının finalına vəsiqə qazanıb
Fərdi
- 16 noyabr, 2018
- 16:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında finala vəsiqə qazanıb.
"Report" xəbər verir ki, mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançı ardıcıl olaraq Kanada, Moldova və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. 65 kq çəki dərəcəsində yarışan Ə.Rəhimzadə ən azı gümüş medalı təmin edib.
O, finalda Yaponiyalı Rey Hiquçi ilə qarşılaşacaq. Final görüşü sabah keçiriləcək.
Qeyd edək ki, daha öncə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.
Son xəbərlər
15:46
Dünya Bankı ilə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib
Maliyyə
15:45
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
Fərdi
15:41
"MJ Finance" BOKT-un istiqrazlarına 247 investor maraq göstərib
Maliyyə
15:35
Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub
Maliyyə
15:33
Ankarada Nəsiminin yaradıcılıq irsinə həsr olunmuş simpozium keçirilib
Ədəbiyyat
15:30
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Futbol
15:30
Nigeriyada yaraqlıların hücumu zamanı 10 hərbçi ölüb
Digər ölkələr
15:29
İşğaldan azad olunmuş ərazilərdə 10 mindən çox abonent qazla təmin olunur
Energetika
15:25
Video
İstanbulda İsrail və Türkiyə vətəndaşlığı olan qadına qarşı kütləvi etirazlar edilib
Region